“VKontakte” sosial şəbəkəsi oflayn-ödənişləri test edəcək. Bu, festivallar, konsertlər və digər kütləvi tədbirlər üçün “VK Pay”-in xüsusi yenilənməsi olacaq. İnsider.az bu barədə “Rusbase”-ə istinadla xəbər verir.
“VK Pay”-in kütləvi tədbirdə ilk test edilməsi bir il əvvəl keçirib, bu il “VK Fest 2019”-də isə ilk dəfə internetsiz ödəniş imkanı təqdim olunacaq.
Şirkətdən “VK Fest”-də “VK Pay” vasitəsilə istənilən alış-verişə görə 20% həcmdə kəşbek (nağd pulun geri qaytarılması) söz verib. Ödəniş üçün “VK” tətbiqini açmaq və satıcıya menyunun beşinci əlavə səhifəsindəki personal QR-kodu göstərmək lazımdır. Bu yenilik festivaldan qabaq çıxacaq.
Qeyd edək ki, ödənişi birbaşa sosial şəbəkədə qəbul edərək, “VK Pay” vasitəsilə “VKontakte” qruplarında malları və xidmətləri alıb-satmaq mümkün olacaq.
Servisdə pul qablarını artıq 9 milyondan çox istifadəçi qeydiyyatdan keçirib.
Samirə Məmmədova