"Volkswagen" 2033-cü ildən etibarən Avropada yalnız elektromobillər satacaq.
İnsider.az xəbər verir ki, bu barədə alman avtomobil istehsalçısının rəhbəri Tomas Şeferə istinadən Automobilwoche məlumat yayıb.
O vaxta qədər Avropa bazarı daxiliyanma mühərrikli yeni avtomobillərin təqdimatının şahidi olacaq. 2023-cü ildə “Volkswagen” yeni nəsil Passat universalını və Tiguan krossoverini nümayiş etdirəcək, “Volkswagen Tayron” krossoveri isə 2024-cü ildə, yeni “Volkswagen T-Roc” isə 2025-ci ildə peyda olacaq.
Bu modellərin həyat dövrünün sonunda brend onları sıradan çıxaracaq və elektriklə işləyən avtomobillərlə əvəz edəcək. Artıq bir neçə model, o cümlədən Tiguan krossoverinin və Golf hetçbekinin davamçıları, yeni SSP platformasına əsaslanan bəzi yeni məhsullar təsdiqlənib.
Eyni zamanda, "Volkswagen" daxili yanma mühərrikli avtomobilləri başqa bazarlar üçün saxlayacaq. Brend həmçinin istisna etmir ki, Aİ-də 2035-ci ildən sıfır karbon emissiyası kursundan imtina edildiyi halda, Avropadakı model diapazonu üçün inkişaf planına düzəlişlər də istisna edilmir.