Dünyada ünsiyyət üçün ən populyar servis “WhatsApp”-dır, daim olaraq isə onu 1,4 milyarddan çox adam işlədir. Lakin, buna baxmayaraq, servisin yaradıcıları köhnəlmiş “Android” və “iOS” platformalarından imtina etməyə hazırlaşır. Özü də bu, artıq razılaşdırılıb.
İnsider.az bu barədə xəbəri “akket.com”-a istinadla çatdırır.
Rəsmi mənbədən məlum olduğuna görə, messencerin köhnə versiyaları istənilən mobil cihazlarda işləməyəcəyinə görə artıq 2020-ci ilin fevralın 1-dən bir çox insan “WhatsApp”-ı istifadə edə bilməyəcək.
Bildirilir ki, “WhatsApp” “iOS 7” və “iPhone” üçün olan “Apple”-ın daha köhnə əməliyyat sistemlərində, həmçinin “Android 2.3.7” və “Google”-un daha köhnə əməliyyat sistemlərində çalışmayacaq. Odur ki, tətibatçılar bu platformaların bazasında çalışan mobil cihazların sahiblərinə ya yenilənmələri etməyi, ya da ki yeni mobil cihazı almağı tövsiyə edirlər.
Qeyd edək ki, cari ilin dekabrın 31-dən etibarən hər hansı “Windows Phone” əsasında yığılmış istənilən smartfonların (“Microsoft” və “Lumia” (Nokia)) sahibləri də messencerdən istifadədən məhrum qalacaqlar.
Samirə Məmmədova