“WhatsApp” messencerinin tətbiqində istifadəçiləri izləyən proqramların istifadəsini mümkün edən zəiflik mövcuddur. İnsider.az bu barədə “The Financial Times”-a istinadla xəbər verir.
İstifadəçi barədə məlumatlara girişi əldə etməyə imkan verən proqram təminatı İsrailin “NSO” şirkəti tərəfindən tərtib olunub. Şirkət xüsusi xidmət orqanlarını casus proqram təminatı ilə təchiz edir. Firmanın flaqman məhsulu “Pegasus” proqramıdır. Proqram istfadəçinin elektron poçtuna və digər proqramlardakı ismarışlarına çıxış əldə etməyə, həmçinin onun coğrafi mövqeyi barədə məlumatı toplamağa imkan verir. Bu proqramı şirkət terrorizm və cinayətlə mübarizə vasitəsi kimi təsvir edir.
“FT”-ın məlumatına görə, mayın əvvəlində “WhatsApp” komandası belə proqramları istifadə etməyə imkan verən zəifliyi aşkar edib. Zərərli kodun yayıcıları, hətta istifadəçilər cavablamasalar belə, messencer üzərindən zənglər edərək, bu kodu ötürməyə qadirdirlər. Çağırış jurnalından buraxılmış zənglər barədə bildirişlər yox olur. Bu cür kiberhücumların bir sıra hallarda qurbanları hüquq müdafiəçiləri, o cümlədən “Amnesty International” təşkilatının əməkdaşları olub.
“WhatsApp” zəifliyin aradan qaldırılması üzərində çalışdığını bildirib. Mayın 10-u şirkətin serverləri, mayın 13-ü isə müştərilər üçün yenilənmə buraxılıb. “Hücumun hökümət strukturları ilə əməkdaşlığı ilə məhşur olan və onları casus proqram təminatı ilə təchiz edən özəl şirkətlə bağlı olduğunun bütün əlamətləri var. Biz bir sıra hüquq müdafiə təşkilatlarını, onlarla mövcud informasiya ilə bölüşərək, məlumatlandırdıq və vətəndaş cəmiyyətini problem barədə xəbərdar etmək üçün onlarla birgə çalışırıq”, — messencerin komandası deyir.
“Amnesty International” bu cür casus proqramlarının istifadəsini qınayıb. “NSO Group” öz məhsulunu insan haqqlarının öz yolverilməz pozuntuları ilə məhşur olan hökümətlərə, onlara aktivist və tənqidçilərin izlənməsi üçün alətləri təqdim edərək, satır. “Amnesty International”-a hücum son damcı oldu”, — deyə “Amnesty Tech”-in derektor müavini Danna İnqlton bəyan edib. O vurğulayıb ki, “NSO” proqramları bütün dünyada hüquq müdafiəçilərinin, jurnalistlərinin və vətəndaş cəmiyyətləri fəallarının təhlükəsizliyini təhlükə altına qoyur.
Samirə Məmmədova