whatsapp-da-hem-danisacagiq-hem-de-birlikde-videoya-baxacagiq-foto

“WhatsApp”da həm danışacağıq, həm də birlikdə videoya baxacağıq - FOTO

“WhatsApp” yeni funksiya ilə istifadəçiləri sevindirməyə davam edir. Bu dəfə yenilik videozənglərlə bağlıdır.

Belə ki, artıq “Android” cihazlarının istifadəçiləri videozənglər zamanı ekranı paylaşarkən həmsöhbətləri ilə birlikdə videolara baxa və musiqi dinləyə biləcəklər.

“Ekranınızı paylaşdığınız zaman cihazınızda səsləndirdiyiniz audio partnyorunuzun cihazında da səsləndiriləcək”, - deyə ekspertlər bildiriblər.

Həmçinin yeni funksiya istifadəçilərə videonu işə salmağı sinxronlaşdırmağa və virtual baxış sessiyası yaratmağa imkan verir.

Videozəng zamanı səsi paylaşmaq seçimi artıq bəzi beta-tester üçün əlçatandır.

 

Oxu.Az