whatsapp-dan-istifadecileri-sevindirecek-yeni-funksiya

“WhatsApp”dan istifadəçiləri sevindirəcək yeni funksiya

“WhatsApp” istifadəçilərin təhlükəsizliyini daha da artırmaq üçün yeni funksiyanı işə salacaq. Söhbət proqramın destkop və veb versiyalarında işə salına bilən ikifaktorlu autentifikasiyadan gedir.

Bu mexanizmin əlavə edilməsi istifadəçilərin kibercinayətkarlığın qurbanı olması riskini azaldacaq.

Qeyd edək ki, yaxınlıqda smartfon olmasa belə, “WhatsApp”ın masaüstü kompüterlər və noutbuklarda işləməsi istifadəçilərdə narazılıq yaratmışdı. Onlar bu təşəbbüsün hakerlərin işini asanlaşdıra biləcəyi ilə bağlı narahatlıqlarını dilə gətirmişdi.

Bildirilir ki, “WhatsApp” hesabını masaüstü və ya veb versiyada qeydiyyatdan keçirərkən, altı rəqəmli kodu daxil etdikdən sonra, həmçinin şəxsi PİN kodu da tələb olunacaq. “WhatsApp” iki faktorlu autentifikasiyanı sadələşdirmək istəyir, ona görə də messencerin yaradıcıları bu funksiyanı həm veb-müştəridə, həm də masaüstü versiyada tətbiq etmək üzərində işləyir.

Eyni zamanda, istifadəçilər parametrlərdə bu funksiyanı söndürməklə və ya aktivləşdirməklə iki addımlı giriş prosedurunu müstəqil idarə edə biləcəklər.

Bu yeniləmənin həyata keçirilməsinin konkret vaxtı deyilmir, lakin onun hazırlığının ilkin mərhələdə olduğu vurğulanıb.

 

Mənbə: WABetaInfo