“WhatsApp” yeni məxfilik funksiyası əldə edir. Belə ki, istifadəçilər öz hesablarına altı rəqəmli koddan deyil, paroldan istifadə etməklə daxil ola biləcəklər.
Yenilik “iOS” cihazları üçün keçərlidir.
Məlumata görə, giriş açarı “iCloud”da saxlanılacaq. Bu biometrik məlumatdan istifadə etməklə digər “Apple” cihazlarından “WhatsApp” hesabına daxil olmağa imkan verəcək. Eyni zamanda, əgər istifadəçi başqa qurğuda mesencerə ənənəvi altı simvollu koddan istifadə etməklə də daxil ola biləcək.
Yeni funksiya “WhatsApp”ın “TestFlight” xidmətindən endirilmiş “beta” versiyasında görünüb. Bütün “iOS” istifadəçiləri üçün nə vaxt əlçatan olacağı açıqlanmayıb.
Bundan əvvəl “WhatsApp”da artıq digər tətbiqlərdən gələn ismarışları oxumağın mümkün olacağı barədə xəbər vermişdik.
Oxu.Az