Mesajlaşma proqramı "WhatsApp" gələn ildən etibarən, istifadəçilərin heç də xoşuna gəlməyəcək bir tətbiqə başlayacaq.
İnsider.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, son zamanlar yeni gizlilik parametrləri, biznes kataloqu və bunun kimi başqa xüsusiyyətləri sistemə əlavə edən "WhatsApp" istifadəçilərə reklam təqdim etməyi planlaşdırır.
"WhatsApp"ı 2014-cü ildə 19 milyard dollara satın alan "Facebook"un sahibi Mark Zukerberqin bu pulu tətbiqdə reklam göstərməklə "çıxartmaq" istədiyi haqda fikirlər dolaşsa da, o, bu fikirlərə münasibət bildirmirdi.
Lakin şirkət sonradan açıqlama verərək 2020-ci ildən etibarən "WhatsApp"ın statuslar bölümündə reklam göstəriləcəyini rəsmi olaraq elan edib.