“WhatsApp” messencerində “iOS” və “Android” sistemli qurğular arasında çatların daşınmasını asanlaşdıracaq yeni seçim tətbiq ediləcək. Yeni funksiyanın sınaqdan keçirilməsi haqqında “WABetaInfo” portalı məlumat verib.
Sözügedən funksiya dialoq, mesajların tarixçəsi, göndərilmiş fayllar və abunəliklərin bir platformadan digərinə daşınmasını nəzərdə tutur. İndi yalnız kənar proqramların tətbiqi ilə bu proses mümkündür. Bu, “Apple”ın istehsalı olan qurğularda ehtiyat nüsxəsinin “iCloud” bulud xidmətində, “Android” qurğularda isə “Google Disk”də saxlanılması ilə izah edilir.
ICTnews