wikipedia-nin-isinde-nasazliq-yaranib

"Wikipedia"-nın işində nasazlıq yaranıb

Dünyanın bir sıra ölkələrində "Wikipedia"nın fəaliyyətində problem yaranıb.

İnsider.az xəbər verir ki, bu barədə məlumatı internet resurslarının fəaliyyətini müşahidə edən "Downdetector" saytı yayıb.

Nasazlıqlar Bakı vaxtı ilə 03:54-də başlayıb.

Problemdən daha çox ABŞ, Böyük Britaniya, Hollandiya, Almaniya, Fransa, Yunanıstan, İspaniya, Polşa, Serbiya, Xorvatiya, Rusiya və İsraildən olan istifadəçilər şikayət ediblər.

Şikayətçilərin 93% saytın işində problem olduğunu, 6% isə resursa avtorizə ola bilmədiklərini bildiriblər.

©Oxu.az