"Microsoft" korporasiyası "Windows 10" əməliyyat sisteminin idarəetməsi altında işləyən kompüterlər üçün yeniləmə göndərməyə başlayıb. "KB4598291" nömrəli yeniləmədə ƏS-də buraxılmış səhvlər və problemlər aradan qaldırılıb.
İnsider.az "ria.ru" saytına istinadən yazır ki, "Windows Update" vasitəsilə yayılan yeniləmədə istifadəçinin hər dəfə yenidən yükləmə vaxtı öz hesablarından çıxmasına və saxlanmış parolların itirilməsinə səbəb olan səhv aradan qaldırılıb. Tam ekran rejimi vaxtı oyun məhsuldarlığında yaranan nasazlıqlar və Alt-Tab düymələr kombinasiyasının köməyi ilə proqram təminatı arasında keçid vaxtı çoxməsələlik həll edilib.
"Windows 10"un böyük yeniləməsi 2021-ci ilin ikinci yarısında gözlənilir: əməliyyat sisteminə yeni funksiyalar əlavə ediləcək, interfeys tamamilə yenidən dizayn ediləcək.
"ICTnews"