"Microsoft" korporasiyası "Windows 10" əməliyyat sisteminin gələcək buraxılışlarında "DNS over HTTPS" (DoH) protokolunun tətbiqi üzərində çalışır. Bununla yanaşı, "DNS over TLS" (DoT) protokolundan istifadə mümkün olacaq.
İnsider.az xəbər verir ki, "DoH" protokolu "DNS" icazəsini şifrlənmiş "HTTPS" bağlantısı üstündən yerinə yetirməyə imkan verir, "DoT" isə "Transport Layer Security" (TLS) protokolu vasitəsilə "DNS" sorğularını şifrləyir və emal edir. "DoH" protokolunu "Windows 10 Core Networking" qrupuna əlavə edən "Microsoft" istifadəçilərin bütün "DNS" sorğularını şifrləməklə onların internetdə məxfiliyinin qorunmasını gücləndirməyə çalışır.
Məlumata görə, "DoH" protokolunun "Windows 10" sisteminə tətbiqinin ilkin mərhələsində "DNS" sorğuları istifadə edilən "DNS" rezolverləri "HTTPS" protokolundan üstün şifrləməni dəstəklədiyi təqdirdə avtomatik şifrlənəcək. Lakin "Microsoft" korporasiyası "Windows 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların "DNS" serverlərini dəyişməz saxlayacaq. Buna görə də istifadəçilər və sistem inzibatçıları "DNS" sorğularına icazə üçün serveri müstəqil seçə biləcəklər.
Növbəti mərhələlərdə istifadəçilər və sistem inzibatçıları üçün "DoH" serverlərini "Windows 10" sistemindəki "DNS" quraşdırmalarında xüsusi interfeys vasitəsilə sazlamaq imkanı yaradılacaq.
ICTnews