windows-10-sisteminde-smartfondan-zeng-etmeye-imkan-veren-funksiya-istifadeye-verilib

“Windows 10” sistemində smartfondan zəng etməyə imkan verən funksiya istifadəyə verilib

“Windows 10” əməliyyat sistemində smartfondan zəng etmək imkanı əlçatan olub. Ajith adlı istifadəçi “Twitter”də bu haqda informasiya yerləşdirib.

İnsider.az “iz.ru” saytına istinadən yazır ki, beləliklə, “Windows 10” əməliyyat sisteminin istifadəçisi smartfondan zənglər etmək və onları birbaşa idarə etmək imkanına malik olacaq. Bu əməliyyat üçün sazlamalarda yerləşdirilmiş xüsusi funksiya istifadəyə verilib. Həmin funksiyanı aktivləşdirdikdən sonra əsas menyuda “Calls” elementi əlçatan olacaq. Ona sıxdıqda ekrana nömrə yığımı paneli, həmçinin şəxsi kontaktların axtarışı üzrə sahə çıxacaq.

Məlumata görə, yeni funksiya hələ ki sınaq mərhələsindədir və “Microsoft” bu barədə heç bir məlumat verməyib.

© ICTnews