“Windows” əməliyyat sistemi dünyada fərdi kompüterlər üçün ən yayılmış sistem olmasına baxmayaraq çoxlu çatışmazlıqlara malikdir. Bu yaxınlarda isə ona daha birisi əlavə olunub. Belə ki, “Microsoft” korporasiyasının rəsmi tələblərinə görə, hazırda əməliyyat sistemi üçün minimal yaddaş tutumu 32 giqabayt olmalıdır.
İnsider.az xəbər verir ki, bu, sistemin may yenilənmələri çərçivəsində buraxılacaq versiyalarına şamil ediləcək. Məlumata görə, yeni tələblər əməliyyat sisteminin həm 32, həm də 64 giqabaytlıq versiyalarına aiddir. Qeyd edək ki, əvvəllər x32 arxitekturalı versiyanın quraşdırılması üçün 16 giqabayt, x64 arxitekturalı sistemlər üçün 20 giqabayt tələb olunub.
Səbəb ondan ibarətdir ki, yeni quraşdırmada gələcək yenilənmələr üçün 7 giqabaytlıq disk yeri saxlayan “Reserved Storage” funksiyası istifadəyə veriləcək. Bu, yenilənməni dərhal daxili yaddaşdan etməklə onu internetdən hissə-hissə yükləməməyə imkan verəcək.
Gələcəkdə bunun proqram təminatı istehsalçılarını ucuz planşet və noutbuklarda quraşdırılmış yaddaş tutumunu artırmağa sövq edəcəyi gözlənilir.
©“ICTnews”