windows-10-yenilemesi-goy-olum-ekrani-na-sebeb-olub

“Windows 10” yeniləməsi “göy ölüm ekranı”na səbəb olub

“Microsoft” korporasiyası “Windows” əməliyyat sisteminin aktual yeniləmələrində problemlərin mövcudluğunu etiraf edib. Bu barədə “Windows Latest” nəşrinin məlumatında deyilir.

Korporasiyanın rəsmi forumunda və “Reddit” saytında dərc edilən istifadəçi rəylərinə görə, problemlər “KB4598299” və “KB4598301” yeniləmələri quraşdırıldıqdan dərhal sonra yaranır. Yeniləmələr əməliyyat sisteminin yeni versiyaları – “20H2”, “2004” və “1909” üçün nəzərdə tutulub. Məlumata görə, bir sıra hallarda “Windows” “kopya”sının sahibləri tərəfindən sistemdə yükləmələr və “göy ölüm ekranı”nın (BSoD, Blue Screen of Death) əmələ gəlməsi müşahidə edilir.

Mütəxəssislər qeyd edib ki, sistem səhvləri çox vaxt “.NET Framework” yeniləməsi ilə əlaqədar olur – məhz bu komponent “göy ölüm ekranı”nın yaranmasına səbəb ola bilər. Həmçinin nasazlıqlar “Visual Studio”, “Windows Presentation Foundation” (WPF) və digər quraşdırılmış “Windows” servislərindən istifadə zamanı baş verir.

Korporasiya artıq “Windows 10” sisteminə aid problemlərə reaksiya verib. Belə ki, rəsmi “Microsoft” forumunda texniki mütəxəssislərin nasazlıq mənbələrini öyrənməsini və problemlərin aradan qaldırılması üzərində çalışmasını bildirən paylaşım edilib. Sistem yeniləmələrinin buraxılış tarixi açıqlanmır.

Hazırda “Microsoft” tərəfindən nasazlıqlar aradan qaldırılmadığına görə jurnalistlər “KB4598299” və ya “KB4598301” yeniləmələrindən əməliyyat sisteminin əvvəlki versiyalarına keçməyi tövsiyə edirlər. Bunu etmək üçün “Windows” idarəetmə panelinə daxil olmaq, problemli yeniləməni seçmək və onu ləğv etmək lazımdır. Bütün əməliyyatlar yerinə yetirildikdən sonra fərdi kompüteri yenidən başlatmaq tələb olunur.

ICTnews