windows-dan-yenilik

“Windows”-dan YENİLİK

“Windows 10” sistemi buluddan təkrar quraşdırmağa icazə verəcək.

İnsider.az bu barədə “vc.ru”-ya istinadən xəbər verir. Şirkətdə belə funksiyanın istifadəçilər tərəfindən istənildiyi deyilib.

Əgər bu funksiyadan istifadə olunsa, “Windows” cihazda çalışan sistemin eyni versiyasını quraşdıracaq. Buluddan təkrar quraşdırma zamanı bütün tətbiqlər sistemdən silinəcək, lakin istifadəçi şəxsi məlumatarı saxlaya biləcək.

Yeni funksiya hələ ki “Insider Preview” versiyasında əlçatandır.

Samirə Məmmədova