"Windows" sisteminin terminal xidmətlərində cinayətkarlara qurbanın kompüterinə tam müdaxiləyə imkan verən kritik boşluqlar aşkar edilib. Sözügedən boşluqlar "Microsoft"un əməkdaşları tərəfindən tapılıb.
İnsider.az xəbər verir ki, cinayətkar hücum nəticəsində sistemə istifadəçidən xəbərsiz uzaq məsafədən müdaxilə edir: haker bu məqsədlə serverə komanda verməlidir.
Aşkar edilmiş 2 boşluq "Windows" sisteminin bir çox versiyalarına, digər 2 boşluq isə "Windows Server" və "Windows 10" versiyalarına müdaxilə etməyə imkan verir. "Windows XP" sistemi istisna təşkil edir. Boşluqlar aradan qaldırılmadığı halda "NotPetya" və ya "WannaCry" kimi təhlükəli beynəlxalq virusların yayılmasında istifadə edilə bilər.
"Microsoft"un ekspertləri bütün istifadəçilərə korporasiya tərəfindən təklif edilən son yeniləmələri quraşdırmağı tövsiyə ediblər.
ICTnews