wsj-ai-tenzimleyicisi-apple-a-qarsi-istintaqa-baslamaga-qerar-verib

WSJ: Aİ tənzimləyicisi “Apple”-a qarşı istintaqa başlamağa qərar verib

Avropa İttifaqı “Spotify” musiqili servisindən gələn şikayətdən sonra “Apple”-a qarşı antiinhisar istintaqa başlayacaq.

İnsider.az bu barədə “The Wall Street Journal”-a istinadla yazır.

“Spotify” 2019-cu ilin mart ayında “Apple”-ı öz servisləri ilə müqayisədə “App Store”-dakı digər servislərə qarşı ayrıseçkilikdə ittiham etmişdi. Elə həmin vaxt şirkətdən Avrokomissiyaya müraciət olunmuşdu. Tərtibatçılar bildirmişdilər ki, “Apple” “Siri” və “HomePod”-a onların tətbiqlərini işə salmağa icazə vermir, “App Store”-dan “Spotify”-ı silməklə hədələyir və yenilənmələri təsdiqləmirdi.

Martın 15-i “Apple” ittihamlara cavab verdi – şirkətdə bildirdilər ki, “Spotify” “öz maliyyə motivlərini yalan ritorika ilə örtbas edir”.

““Spotify” “App Store” ekosisteminin bütün üstünlüklərini, o cümlədən “App Store”-un müştərilərindən aldıqları gəliri, bu bazara heç bir sərmayə ayırmadan, saxlamağa can atır”, — “Apple”-ın bəyanatında deyilirdi.

Əgər Aİ tənzimləyiciləri şirkətin biznes aparılması praktikasının qanunsuz olduğunu təsdiqləsə, onlar şirkəti illik mənfəətinin 10% həcmində cərimələyəcəklər. İstintaqın konkret müddəti yoxdur və o, illərlə çəkə bilər. Bununla yanaşı, istintaq iştirakçısı hökümətə kömək edə və bununla problemi həll edib cərimədən qurtula bilər. Qeyd edək ki, mənbələrin məlumatına görə, istintaq yaxın həftələrdə başlayacaq.

Samirə Məmmədova