“Azercell Telekom” MMC dünyaca məşhur “Busuu” tətbiqini abunəçilərinə xüsusi şərtlərlə təklif edir
Müasir texnologiyaların təqdim etdiyi sonsuz imkanları abunəçiləri üçün əlçatan etməyi hədəfləyən Azercell Telekom, rəqəmsal məhsullar portfelini növbəti dəfə zənginləşdirir və xarici dilləri öyrənmək ,dil biliklərini inkişaf etdirmək istəyən abunəçiləri üçün “Busuu” tətbiqini təqdim edir.
Xarici dil öyrənmək üçün dünyanın 10 ən yaxşı mobil tətbiqi sırasında yer alan “Busuu”nun hazırda 90 milyondan artıq istifadəçisi var. “Busuu” virtual xarici dil müəllimi olaraq, eyni anda 12 dil (ingilis, rus, italiyan, alman, fransız, ispan, portuqal, Çin, yapon, türk, ərəb və polyak) öyrənmək, xüsusi proqramla hazırlanmış qrammatika, yazı, dinləmə və danışıq məşqlərinə qatılmaq, “Busuu” sosial şəbəkəsində yeni dostlar qazanıb, onlarla ünsiyyət quraraq dil biliklərini genişləndirmək və Beynəlxalq McGraw-Hill sertifikatını əldə etmək imkanlarını bir arada cəmləyir. Xidmətin daha bir üstünlüyü də odur ki, qeydiyyatdan keçdikdən sonra hər bir tələbənin bilik səviyyəsi yoxlanır və o müvafiq dərs qrupuna təyin edilir.
Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan “Busuu” tətbiqini App Store və ya Play Store-dan yüklədikdən sonra, 0.20 AZN ödəməklə günlük paketi və ya 3 AZN ödəməklə aylıq paketi aktiv etmək mümkündür. Xidmətə qoşulma qaydası çox sadədir: günlük paketə abunə olmaq üçün smartfonun ekranında *696#YES, aylıq paket üçün isə *969#yes komandasının yığılması kifayətdir.
Azercell-lə “Busuu” artıq hər kəs üçün əlçatan oldu! Xarici dil biliklərinizi vaxtınıza qənaət edərək “Busuu” ilə təkmilləşdirin!
Xidmət haqqında ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/services/partner_services/busuu/ səhifəsinə daxil olun.