Çinin “Xiaomi” şirkəti qurğunun səthini tamamən örtən sensor ekranlı və 108 MP ölçülü kameraya məxsus “Mi Mix Alpha” smartfonunu təqdim edib.
Şirkət yeni qurğunu kütləvi bazar üçün nəzərdə tutulmayan konseptual smartfon kimi təsvir edib.
İnsider.az xəbər verir ki, 5G və sürətli enerji yığma texnologiyasını dəstəkləyən smartfon “Qualcomm Snapdragon 855+” prosessor, 4050 MaS həcmli akkumulyator ilə təchiz edilib. Qurğu 12 GB əməliyyat və 512 GB quraşdırılmış yaddaşa malikdir.
“Mi Mix Alpha”-nın arxa panelində “” Xiaomi” və “Samsungun” birgə istehsalı olan 108 MP kamera yerləşdirilib. Smartfonun ön kamerası yoxdur.
Ekspertlərin fikrincə bu dizayn istifadədə, yüksək enerji istifadəsi və təsadüfi toxunuşlardan tanıma kimi, bir sıra çətinliklər yaradacaq.
Qeyd edək ki, 2019-cu ilin dekabrında buraxılması planlaşdırılan məhdud seriyalı smartfonun qiyməti 19,99 yuan, təxminən 2,8 min dollar olacaq.
Səbinə Səmidxan