xiaomi-mi-11-seriyali-daha-iki-smartfon-buraxilacaq

“Xiaomi Mi 11” seriyalı daha iki smartfon buraxılacaq

"Xiaomi" şirkəti "Mi 11" seriyalı daha iki smartfon təqdim edəcək. Bu barədə "GSM Arena" nəşrinin məlumatında deyilir.

İnsider.az "Lenta" resursuna istinadən yazır ki, Çin nəşrinin məlumatına görə, yaxın vaxtlarda korporasiya tərəfində iki yeni aparat – "Xiaomi Mi 11 Pro" və "Mi 11 Lite" buraxılacaq. Birinci qurğu qabaqcıl "Mi 11" modelinin genişləndirilmiş, ikincisi isə ucuz versiyası olacaq. Beləliklə, qurğuların buraxılışı ilə şirkət aktual qabaqcıl qurğular seriyasını üç smartfonadək genişləndirəcək.

Həmçinin qurğunun bir sıra xüsusiyyətləri açıqlanıb. Məlumata görə, "Mi 11 Lite" tək ön kamera kəsiyinə malik "OLED" ekranla təchiz ediləcək. Smartfon "Qualcomm Snapdragon 7350" prosessoru üzərində qurulacaq. Ucuz qurğu bir neçə obyektivə malik əsas kamera ilə buraxılacaq, aparıcı sensorun təsvir ölçüsü 64 meqapiksel təşkil edəcək. Qurğu beşqat optik zuma malik olacaq.

Jurnalistlərin fikrincə, hələ nümayiş edilməyən "Snapdragon 7350" prosessoru 5 nanometrlik "Snapdragon 755G" çipinin yeni versiyası ola bilər. Model teleobyektivlə təchiz edilməyəcək, çünki bu komponent yetərincə bahalıdır və ucuz smartfonlarda istifadə edilir.

"Xiaomi Mi 11" smartfonunun nümayişi dekabrın 28-də keçirilib. Qabaqcıl model "2K" təsvir ölçülü 6,81 düym diaqonallı "OLED" ekran, qabaqcıl "Snapdragon 888" prosessoru, 8 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunub. Smartfon 108, 13 və 5 meqapikselli üçlü kamera ilə buraxılıb. Qurğu 3999 yuan dəyərində qiymətləndirilib.

"ICTnews"