xiaomi-mi-a3-smartfonu-resmen-teqdim-olunub

“Xiaomi Mi A3” smartfonu rəsmən təqdim olunub

“Xiaomi” şirkəti İspaniyada “Mi A3” yeni smartfonunu rəsmən təqdim edib. İnsider.az-ın məlumatına görə, “Android One” proqramı çərçivəsində işlənib hazırlanmış sözügedən aparata “Android” sisteminin təmiz versiyası quraşdırılıb.

“Xiaomi Mi A3” bu yaxınlarda təqdim edilmiş “Xiaomi CC9e” əsasında hazırlanıb. Smartfon 1520×720 piksel təsvir ölçülü 6 düymlük AMOLED displeylə təchiz edilib. Ekrana barmaq izləri skaneri inteqrasiya edilib. Yeni aparat “Snapdragon 665” adlı 8 nüvəli prosessor ilə təchiz edilib. Əməli yaddaşın tutumu 4 QB, məlumatların saxlanılması üçün 64 və ya 128 QB-dır.

Arxa kamera 3 modula malikdir: 48 meqapiksellik əsas, 8 meqapiksel təsvir ölçülü genişbucaqlı və 2 meqapiksellik dərinlik datçiki. Ön kameranın təsvir ölçüsü 32 meqapikseldir.

Akkumulyator batareyasının tutumu 4030 milliamper/saatdır.

© ICTnews