Çinin “Xiaomi” şirkəti öz büdcəli “RedmiBook 14” noutbukunu təqdim edib. İnsider.az bunu “Gizchina”-ya istinadən bildirir.
Yeni cihaz “Corei3-8145U” prossesoru, 4 GB əməliyyat yaddaşı və 256 GB SSD daxil olmaqla özündə olduqca güclü xüsusiyyətləri birləşdirir.
Adından da göründüyü kimi, “RedmiBook 14” 14-düymlük ekranla təchiz olunub. Lakin bu bazardakı bir sıra modellərdə əlçatan olan adi displey deyi. Onun 5,75 mm-lik daraldılmış kənarları var və o, panel səthinin 81,2%-ni tutur.
Həmçinin bu noutbuk tamölçülü klaviatura ilə təchiz edilib, korpusu isə metaldandır və 17,95 mm-lik qalınlığa sahibdir.
Dözümlülük baxımıdan, rəsmi məlumatda deyilənə görə, noutbuk 10 saata qədər avtonom iş rejimi ilə təmin edə və 34 dəqiqəyə 50%-ə qədər enerji doldura bilir.
“Redmibook 14” sol tərəfdən “HDMI” portu və iki “USB 3.0” portu ilə, sağdan isə qarnitur interfeysi və “USB 2.0” portu ilə təchiz olunub.
Samirə Məmmədova