xiaomi-sirketi-yeni-cc9-smartfonunu-teqdim-edib

“Xiaomi” şirkəti yeni “CC9” smartfonunu təqdim edib

“Xiaomi” şirkəti yeni “Mi CC9” smartfonunu və onun ucuz versiyasını – “Mi CC9e” təqdim edib. “Mi CC9” smartfonunun qiyməti 260 dollar, onun sadələşdirilmiş versiyasının qiyməti isə 188 dollar təşkil edəcək.

İnsider.az xəbər verir ki, “Mi CC9” smartfonu 6,3 düym diaqonala və Full HD+ təsvir ölçüsünə malik displey, üçqat əsas kamera və “selfi” üçün kamera, 4030 milliamper/saat tutumlu akkumulyator batareyası, həmçinin “Snapdragon 710 SoC” prosessoru ilə təchiz edilib. Aparat 6 QB-lıq əməli və 128 QB-lıq daxili yaddaşa malikdir.

Smartfonun ucuz versiyası 6 düymlük HD+ təsvir ölçüsünə malik displey və “Snapdragon 665” prosessoru ilə təchiz edilib. Hər iki telefon qara, ağ və göy rənglərdə əlçatan olacaq.

©“ICTnews”