Çin bazarı üçün təqdim edilmiş “Xiaomi” smartfonlarında “Google”un xidmət və proqramları əlçatmaz olacaq. Kütləvi problem haqqında “Gizmochina” nəşri məlumat verib.
İnsider.az “ria.ru” saytına istinadən yazır ki, “Xiaomi” şirkətindən verilmiş açıqlamada deyilir ki, şirkət tələblərə uyğun gəlmədiyinə görə istifadəçilərə “Google Mobile Services”i öz smartfonlarına quraşdırmağa və yükləməyə daha icazə vermir. “Google”un xidmətləri Çində qadağan edilib.
Yeni siyasət dəyişikliyi ilə əlaqədar qara siyahıya salınmış modellərin siyahısı açıqlanmır. Çin bazarı üçün çıxarılmış yeni “Redmi K30 Ultra” və “Redmi 10x 5G” artıq internet nəhənginin xidmətlərini dəstəkləmir. “Xiaomi” smartfonlarının qlobal versiyalarında “Google”un xidmətləri işləməyə davam edəcək.
“Xiaomi” şirkəti bu ilin yanvarında amerikalı investorlar üçün qara siyahıya daxil edilib.
“ICTnews”