xiaomi-yeni-flaqman-smartfonunu-teqdim-edib

"Xiaomi" yeni flaqman smartfonunu təqdim edib

Çinin "Xiaomi" şirkəti 69 dəqiqə ərzində batareyası tam dolan yeni flaqman smartfonu "Mi 9 Pro 5G" modelini təqdim edib.

İnsider.az xəbər verir ki, bu barədə "The Verge" internet portalı məlumat verib.

Əvvəlki modeldən fərqli olaraq, yeni smartfon beşinci nəsil şəbəkə standartını (5G) dəstəkləyir. Smartfon "Snapdragon 855+" çipseti və 6,4 düymlük OLED displey ilə təchiz edilib. "Mi 9 Pro 5G"nin qiyməti komplektləşdirilməsindən asılı olaraq 520 dollardan 605 dollar arasında dəyişəcək.

Bu smartfonların ilk partiyasının satışına Çində başlanacaq.

©Report