yahoo-da-ixtisar-dalgasina-qosulur

"Yahoo" da ixtisar dalğasına qoşulur

ABŞ-ın internet xidmətləri şirkəti Yahoo işçilərinin 20 faizindən çoxunu ixtisar etməyi planlaşdırır.

İlin sonuna qədər işçilərinin 20 faizindən çoxunu ixtisar etməyi planlaşdıran Yahoo-nun reklam texnologiyaları bölməsində çalışanların 50 faizi işini itirəcək.

Yahoo-nun bu həftə 1000 nəfəri işdən çıxaracağı və ilin sonuna qədər sayın 1600-ü keçəcəyi gözlənilir.

Digər tərəfdən, veb əsaslı databaza idarəetmə tətbiqi GitLab, işçilərinin sayını 7 faiz azaltmağı planlaşdırır.

Pandemiya zamanı personal sayını əhəmiyyətli dərəcədə artıran ABŞ-ın texnologiya şirkətləri bir-birinin ardınca ixtisar planlarını açıqlayırlar.

Artan inflyasiya və mümkün tənəzzül texnologiya sənayesində narahatlıqlara səbəb olub, bir çox texnologiya şirkəti, xüsusən də ABŞ-da, keçən il minlərlə insanı işdən çıxarmaq və ya yeni işçiləri ixtisar etmək qərarına gəlib. Bu şirkətlər arasında Meta və Amazon kimi texnoloji sektorun aparıcı şirkətlərinin olması diqqət çəkib.

Son olaraq ABŞ-ın texnologiya nəhənglərindən olan Microsoft 10 min personalını işdən çıxaracağını açıqlayıb, Google-un ana şirkəti Alphabet 12 min, HP 6 min, IBM təxminən 3 min 900, Dell 6 min 650 nədəri və Zoom isə işçilərinin 15 faizini ixtisar edəcəyini açıqlayıb.

Marja