yandeks-bu-layihelere-5-milyard-rubl-yatiracaq

“Yandeks” bu layihələrə 5 milyard rubl yatıracaq

“Yandeks” təhsil sayəsindəki layihələrin yaradılması və inkişafına 5 milyarddan çox rubl sərmayə qoyacaq. Şirkət planları barədə öz tədris təşəbbüsünün təqdimatında danışıb.

İnsider.az bu barədə “vc.ru”-ya istinadla xəbər verir.

Şirkətin icraçı direktoru olan Tiqran Xudaverdyan bildirib ki, “növbəti 20 ildə” “İT-mütəxəssislərin  çatışmazlığı”, texnologiya yarada bilən insanların qıtlığı problemi yaranacaq və bu problemi bütün dünyada həll etmək lazım olacaq.

Resusrsa söhbət zamanı “Yandeks”-in nümayəndəsi bildirib ki, şirkət investisiyaların gedəcəyi dörd istiqamət ayırıb:

•    Məktəblilər üçün “Yandeks.Dərslik” tədris servisinin inkişafı. Hazırda onun vasitəsilə şagirdlər rus dili və riyaziyyatla məşğul ola bilirlər, şirkət yeni on fənni əlavə etmək və istifadəçi sayını üç ilə 5 milyona kimi çatdırmaq niyyətindədir.

•    Müəllimlərin təlimi. Ali məktəblərlə birgə şirkət “Mən müəlliməm” layihəsini işə salacaq – burada pedaqoji universitetlərin tələbələrini və yeni başlayan müəllimləri tədris prossesində yeni texnologiyaları istifadə etməyi öyrədəcəklər və müvəffəqiyyət dərəcəsi statistikasının və şagirdlərin səhvlərinin təhlilinin aparılmasını daha rahat edən verilənlərin yığım və emalı haqda danışacaqlar. Üç ilə “Yandeks” 500 min müəllimi öyrətmək istəyir.

•    İT-mütəxəssislərin hazırlığı. Şirkət məktəblilərə (“Yandeks. Lisey” çərçivəsində), tələbələrə (partnyor ali məktəblərdə) və böyüklərə (2019-cu ildə işə salınmış “Yandeks.Praktikum” platforması üzərindən) proqramlaşdırmnı öyrətmək istəyir. Şirkət 2022-ci ilə İT-industriya üçün 100 min kadr hazırlamağı planlaşdırır.

•    Maşın öyrənilməsi və süni intellekt sahəsində tədqiqatlar. Ali məktəblərin məzunları və aspirantların maşın öyrənilməsini və digər kompüter elmlərini öyrəndikləri “Yandeks”-in verilənlərin təhlili məktəbi ali məktəblərdə yeni araşdırma laboratoriyaları açmağı, elmi konfrans seriyasını aparmağı və xarici institutlarla partnyorluğu qurmağı planlaşdırır.

Qeyd edək ki, “Yandeks” tədris servislərini inkişafı və İT-mütəxəssislərin hazırlığı ilə 2007-ci ildən məşğul olur. Hazırda şirkətin təhsil sahəsində 30-dan çox layihəsi mövcuddur.

Samirə Məmmədova