yaponiya-ve-hindistan-aya-birge-qrup-gonderir

Yaponiya və Hindistan Aya birgə qrup göndərir

Yaponiya və Hindistan 2023-cü ilin sentyabr ayında Cənub qütb rayonunun kraterlərində su tapmaq üçün Aya birgə qrup göndərməyi planlaşdırır. İnsider.az-ın məlumatına görə, bu haqda “İomiuri” qəzeti xəbər verir.

Hindistan dünyanın Aya raket göndərmiş (ABŞ, Rusiya və Çindən sonra) dördüncü ölkəsi olmaq niyyətindədir.

Yaponiya bu planın tərkibi olan yeni ağır H-3 raketini və idarə olunan lunoxodu təqdim edəcək. Hindistan isə 22 iyulda “Çandrayan-2” layihəsi çərçivəsində Aya buraxılmış “Vikram” eniş modulunu təqdim edəcək.

Layihənin ən azı Ayda bir sutka (14 Yer sutkasına bərabərdir) davam edəcəyi planlaşdırılır.

Samirə Məmmədova