Yaponiyanın “Fujitsu” şirkəti cəmi 634 qram çəkisi olan 13,3 düymlük Full HD displeyli “Lifebook WU-X/G2” noutbukunu təqdim edib.
İstehsalçının məlumatına görə, bu, dünyanın ən yüngül noutbukudur.
Noutbukun işinə “Intel Core i5-1235U” və ya “i7-1255U” prosessoru və “Intel Iris Xe” qrafik prosessoru cavabdehdir.
“Fujitsu Lifebook”un operativ yaddaşını 32 GB-a, daxili yaddaşını isə 256 GB-dan 2 TB-a qədər yüksəltmək olar.
O, həmçinin “Bluetooth 5.1” və “Wi-Fi 6” simsiz modullarını, SD kart yuvasını dəstəkləyir.
Laptop əməliyyat sistemi kimi “Windows 11”dən istifadə edir.
Cihazın qiyməti 1,3 min dollardan başlayır.
Oxu.Az