yaponiyada-istehlak-vergisi-daha-artirilmayacaq

Yaponiyada istehlak vergisi daha artırılmayacaq

Yaponiyanın Baş Naziri Şinzo Abe bəyan edib ki, istehlak vergisi əvvəlcədən planlaşdırıldığı kimi oktyabrda 8 faizdən 10 faizə qaldırılandan sonra bu verginin gələcəkdə daha da artırılmasını mümkün hesab etmir.

İnsider.az xarici KİV-lərə istinadla xəbər verir ki, onun sözlərinə görə, 10 faiz vergi kifayətdir, ölkənin bundan sonra ən azı 10 il bu verginin artırılmasına ehtiyacı olmayacaq.

Ş.Abe deyib ki, sosial təminat üçün artmaqda olan xərclər büdcəyə daha çox daxilolmaları tələb edir.

©AZƏRTAC