yaxin-on-ilde-kosmos-quldurlari-peyda-ola-biler

Yaxın on ildə kosmos quldurları peyda ola bilər

Yaxın on ildə kosmosda quldurlar peyda ola bilər - söhbət peyklər vasitəsilə ötürülən məlumatları oğurlayan və ya korlaya bilənlərdən gedir.

Bu barədə “EKİPO” şirkətinin baş direktorunun müşaviri, “Aeronet” Milli Texniki Təşəbbüs bazarının eksperti Vyaçeslav Tyomkin danışıb.

“10 ildən sonra kosmosda rəqabət xeyli artacaq. Bu, şirkətlərin və korporasiyaların deyil, ölkələrin maraqlarının açıq-aşkar toqquşmasına gətirib çıxaracaq. Faktiki olaraq bu ölkələrin rəhbərliyi tərəfindən idarə olunan kosmos quldurları peyda olacaq. Bundan əlavə, kosmik tullantıların miqdarı utilizasiya edilən tullantıların miqdarına nisbətən daha sürətlə artacaq”, - deyə Tyomkin bildirib.

Kosmik quldurluq ilk vaxtlar müdaxilə yaratmaqdan, avadanlığın və peyklərin sıradan çıxarılmasından, həmçinin məlumatların ələ keçirilməsindən, ötürülən məlumatların və ya əmrlərin təhrif edilməsindən ibarət olacaq. Bu cür hərəkətlərə ən həssas olan peyklər qrupu aşağı orbitlərdə yerləşənlərdir, ona görə də gələcəkdə baş idarəetmə peykləri daha yüksəkdə yerləşdirilməlidir.

Hal-hazırda, Yer səthindən yuxarıda yüksəkliklərin daha böyük diapazonu üçün ümumiləşdirilmiş bir anlayış olan “aşağı kosmos” zəif inkişaf etdirilib.

Oxu.Az