Türkiyəli mühəndislərinini hazırladığı yerli ictimai media platforması "Yazbee" istifadəyə verilib.
İnsider.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, 100 faizlik yerli proqram təminatı ilə tətbiq edilən yeni sosial media proqramı "Yazbee" sınaqları tamamlandıqdan sonra istifadəçilərə təqdim edilib.
Türkiyəli mühəndislər tərəfindən hazırlanan yerli sosial media platforması gələn ilə qədər 30 milyon istifadəçi toplamağı hədəfləyir.
Tətbiqdə eyni zamanda hüquq, proqram təminatı, məlumat analitikləri daxil olmaqla 500 ixtisaslı insan üçün məşğulluq imkanları təmin edilir.
Tətbiqin qurucusu Arif Ünver 3 il 6 ay məhsul üzərində çalışdıqlarını, hal-hazırda Türkiyədəki 50 milyon ictimai media istifadəçilərinə xidmət edə biləcək infrastrukturlarının olduğunu bildirib.
Bütün ictimai media platformalarında olduğu kimi "Yazbee"-də də istədiyin şəxsi təqib etməyin mümkün olduğunu deyən Ünver : "Xəbər, jurnal, idman, siyasət, karyera, texnologiya, gənc və yumor kimi ictimaiyyətin bütün seqmentlərini maraqlandıran 24 mövzu başlığı təyin edilib. İstifadəçilər istəyərlərsə heç kəsi təqib etmədən maraq sahələrinə əsasən mövzu başlıqlarını təqib edərək paylaşımları görə bilərlər. Hədəfin auditoriyaya çatmağı üçün mövzular çox vacibdir " - deyib.