Fransa prezidentinin iqamətgahı olan Yelisey sarayından bir neçə incəsənət əsərinin yoxa çıxması ilə bağlı araşdırma aparılır.
İnsider.az "TASS"-a istinadən xəbər verir ki, Milli Gözəl Sənətlər Mərkəzi ekspertlərinin saraydan məcmu dəyəri yüzlərlə avro məbləğində qiymətləndirilən 7 taxta və terrakota fiqurunun, 1 tunc büstün yoxa çıxdığını aşkar etdikdən sonra Paris polisinin quldurluqla mübarizə briqadası təhqiqatlara başlayıb.
Oğurlanan əşyalar bir sıra digər əsərlər kimi, hələ XIV əsrdə kralların yaratdığı Dövlət Mebel İdarəsi tərəfindən 1879-1984-cü illər ərzində saraya verilib.
© Report.az