Rusiyada “Ordu-2020” forumunda pandemiya dövründə şirkətlərə təhlükəsiz girişi təmin edən “antikovid sistemi” təqdim edilib.
İnsider.az xəbər verir ki, “RİA Novosti” bununla bağlı video paylaşıb.
Məlumata görə, sistemin kamerasına baxış zamanı bədənin temperaturu ekranda əks olunur, əgər yüksəkdirsə, qapı açılmır. Bundan başqa insan hətta maskada olsa belə sistem tərəfindən kimliyi müəyyənləşir.