Azərbaycan Prezidenti "“Xanoba” gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
İnsider.az xəbər verir ki, Sərəncam ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda tikinti işlərinin aparılması məqsədilə 2020-ci ilin dövlət büdcəsindən Dövlət Gömrük Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.
Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu işin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutacaq.