Kaliforniya Universitetinin alimləri tərəfindən hazırlanmış kontakt linzalar istifadəçinin komandası üzrə təsvirin miqyasını böyüdə bilər.
İnsider.az xəbər verir ki, kontakt linza gözlərin hərəkəti ilə idarə olunur. İnsan öz istəyi ilə görünən təsvirin miqyasını böyüdə bilər. Bunun üçün iki dəfə göz qırpmaq lazımdır, yumşaq biometrik qurğu isə göz qapaqlarının hərəkəti vaxtı yaranan elektrik siqnallarını oxuyur və fotoaparatın obyektivinin zumu kimi işləyəcək.
Linzalar siqnalları beş elektroddan qəbul edir. Belə qurğunu görmə qabiliyyətində pozulma olan insanlar da istifadə edə bilər. Qurğu impulsları qəbul edəcək. Hələ ki bu, yalnız prototipdir və kütləvi istehsal haqqında danışmaq hələ tezdir. Ancaq alimlər layihənin üzərində işləməyə davam edirlər.