yeni-nesil-ipad-air-planseti-a14-bionic-prosessoru-ile-techiz-edilib

Yeni nəsil “iPad Air” planşeti “A14 Bionic” prosessoru ilə təchiz edilib

ABŞ-ın “Apple” şirkəti yeni “A14 Bionic” prosessoru ilə təchiz edilən “iPad Air” planşet kompüterinin son modelini təqdim edib.

İnsider.az  ki, yeni qurğunun 2019-cu ilin martında nümayiş olunan əvvəlki modeldən əsas fərqlərindən biri “iPad Pro” planşetinin böyük versiyasını xatırladan çıxıq kənarlara malik dizayndadır. 10,9 düym diaqonallı ekran və 2360 x 1640 piksel təsvir ölçülü yeni “iPad Air” beş rəngdə (gümüşü, “boz kosmos”, eləcə də yeni çəhrayı-qızılı, yaşıl və açıq mavi) istehsal olunacaq.

Məlumata görə, “iPad Air” saniyədə 11 trilyon əməliyyat emal edən şirkət tarixində ən güclü “A14 Bionic” prosessoru, eləcə də 7 meqapikselli ön və 12 meqapikselli əsas olmaqla iki kamera ilə təchiz olunub. Qurğunun blokdan çıxarılması və alış-verişlərin edilməsi üçün tələb olunan barmaq izi skaneri qurğunun yuxarı panelində yerləşən yanıb-sönmə düyməsinə quraşdırılıb. “USB-C” tipli çıxış ilə təchiz edilən yeni planşet ikinci nəsil “Apple Pencil” stilusu (elektron qələm) və çıxarılabilən klaviatura ilə işi dəstəkləyir.

Oktyabrda satışa çıxarılacaq yeni “iPad Air” planşetinin qiyməti 599 dollardan başlayır.

ICTnews