Kompüter texnologiyalarının inkişafı ilə əlaqədar prosessorların məhsuldarlığının yüksəldilməsi prosesi nəzərəçarpacaq dərəcədə zəifləyib. Vyana Texniki Universitetinin alimləri ultranazik tranzistorların istehsal texnologiyasını təqdim ediblər. Sözügedən texnologiya ilə hazırlanmış çiplər məhsuldarlığına görə müasir həlləri xeyli üstələyir. Gözləntilərə görə, yeni texnologiya tezliklə Mur qanununu yenidən gündəmə gətirəcək.
İnsider.az xəbər verir ki, ultranazik yarımkeçiricilər əsasında hazırlanmış "ikiölçülü" tranzistorlar çoxdan məlumdur, lakin ultranazik izolyatorların yoxluğu onların istehsalına başlamağa mane olurdu. Vyana Texniki Universitetinin alimləri lazımi komponenti ftorid kalsiumdan əldə ediblər və bir neçə nanometr ölçüsündə tranzistor hazırlayıblar.
İndi alimlər yarımkeçirici və izolyatorların kombinasiyaları arasından ən yaxşısını müəyyənləşdirmək istəyirlər. Kommersiya çiplərinin istehsalı üçün lazımi texnologiyanın yaradılmasına bir neçə il vaxt sərf edilə bilər. Kiçik və sürətli tranzistorların yeni görünüşü gələcəkdə mərkəzi və qrafik prosessorların işini xeyli sürətləndirəcək.