yerli-icra-hakimiyyeti-orqanlarinin-rehberlerinin-muavinlerinin-yeni-teyinat-qaydasi-mueyyenlesib

Yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinlərinin yeni təyinat qaydası müəyyənləşib

Yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinlərinin yeni təyinat qaydası müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qunun tətbiqi barədə fərmanda əksini tapıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunacaq.

Digər yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri müvafiq yerli icra hakimiyyətlərinin başçıları tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırılmaqla təyin olunacaq.

Dövlət qulluqçuları reyestrinin aparılması qaydası hazırlanacaq.

Bu barədə Prezident İlham Əliyevin aprelin 10-da imzaladığı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə Fərmanda bildirilib.

Fərmana əsasən, Nazirlər Kabineti dövlət qulluqçuları reyestrinin aparılması qaydası ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.