youtube-da-yeni-deleduzluq-usulu-askar-edilib

“YouTube”-da yeni dələduzluq üsulu aşkar edilib

“Kasperski Laboratoriyası”-nın mütəxəssisləri “YouTube”-dakı insanları aldadıb fişinq saytlarına çəkən reklam videoçarxlarında yeni dələduzlu üsulunu aşkar ediblər. İnsider.az bunu şirkətin bloquna istinadla xəbər verir.

Aldatma sxemi aşağıdakı kimi qurulub:

•    Dələduzlar “YouTube”-da targetinq reklamını – başlıq və tez qazanc vəd edən cildli çarxı – işə salırlar;
•    Çarxın özündə pulu əldə etmək üçün sadəcə göstərilən sayta keçid etmək və sadə addımı atmaq (misal üçün, sorğudan keçmək) gərək olduğu deyilir;
•    Vəd edilmiş iri məbləğin alınması üçün şərt kiçik komissiya ödənişidir;
•    Qurbanı inandırmaq üçün dələduzlar çarxda vəsaitin karta daxil olması barədə bankdan “gələn” saxta SMS-i nümayiş etdirirlər;   
•    Videoya olan təsvir və ya birinci şərhdə qurbanın bütün lazımi hərəkətləri etdiyi, komissiya ödədiyi, lakin yekunda pulu almadığı dələduz sayta link mövcuddur.

Qurbanların ayılmaması üçün dələduzlar botlar vasitəsilə mövcud olmayan insanların necə iri məbləğlər aldığı haqda danışdıqları videoya şərh yazırlar.

Qeyd edək ki, dələduzlar öz videolarını Rusiya və MDB ölkəlırindən olan istfadəçilərə hədəfləyiblər. 

Samirə Məmmədova