youtube-muxtelif-olkelerle-birge-normativ-huquqi-baza-uzerinde-islemeye-davam-edecek

“YouTube” müxtəlif ölkələrlə birgə normativ-hüquqi baza üzərində işləməyə davam edəcək

“YouTube” 2021-ci ildə normativ-hüquqi qaydalara riayət edilməsi ilə  bağlı problemlərin həlli üçün müxtəlif ölkələrin hökumətləri ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır. Bu haqda xidmətin baş direktoru Syuzen Voyjitski deyib.

İnsider.az xəbər verir ki, "ötən il YouTube müxtəlif ölkələrin hökumətləri ilə kritik əhəmiyyətli məsələlər üzrə əməkdaşlıq edib. Belə əməkdaşlıq çox vacib idi, çünki biz birgə pandemiya zamanı insanlara düzgün informasiyanı tapmaqda kömək edirdik" – məlumatda deyilir. 2021-ci ildə şirkət bu istiqamətdə işləməyə davam edəcək. 

Həmçinin 2021-ci ildə “YouTube” videohostinq xidməti “YouTube Shorts” xidmətinin köməyi ilə mobil qurğularda alış-verişin edilməsi və məzmunun yaradılması alətlərinin inteqrasiyasını planlaşdırır. Platforma televizorları, oyun konsollarını dəstəkləyəcək və səsli idarəetməni yaxşılaşdıracaq.

2020-ci ilin birinci rübündə dünyada “YouTube” üzərindən video çarxlara ümumi baxış müddəti 25%, gündəlik canlı yayımların sayı isə 45% artıb.

ICTnews