youtube-solovyovun-oz-verilisi-ile-efire-cixdigi-sonuncu-kanali-da-bagladi

“YouTube” Solovyovun öz verilişi ilə efirə çıxdığı sonuncu kanalı da bağladı

“YouTube” “Solovyov Live” verilişinin yayımını həyata keçirən “Ural Live” kanalını silib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

“Ural Live” verlişin əsas və ehtiyat kanalının ləğvindən sonra yayım üçün istifadə olunub.

Xatırladaq ki, ABŞ videoservisi bir neçə gün öncə “Solovyov Live” kanallarını bloklayıb.

“Ural Live”ın ləğvilə Kremlin təbliğatçısı olan ermənipərəst jurnalistin “YouTube” şəbəkəsinə sonuncu çıxış imkanı da əlindən alınıb.