youtube-standartlardan-kenar-cixir

“YouTube” standartlardan kənar çıxır

“YouTube” formalaşmasında standart tövsiyə alqoritmlərinin iştirak etməyəcəyi tədris pleylistlərinin anonsunu verib. İnsider.az bu barədə şirkətin bloquna istinadla xəbər verir.

Yeni funksiya istifadəçilərə ancaq proqramlaşdırma, riyaziyyat, musiqi və digər istiqamətlərin öyrənilməsi üzrə tədris çarxlarını təklif edəcək. Pleylistdəki videolar bölmələr üzrə bölünəcək və sadədən qəlizədək düzüləcək.

Həmçinin “YouTube” tədris pleylistlərinin baxışı zamanı kənar video tövsiyələrindən imtina edəcək. Videoplatforma bu şəkildə istifadəçilərə tədris üzərində diqqəti cəmləndirməyə kömək etmək istəyir.

İlk tədris pleylistlərini Xanın “Akademiya”-sı, “TED-Ed” və “Crash Course” yaradıblar. Onlar artıq “YouTube Learning” kanalında əlçatandır.

Samirə Məmmədova