Bazar günü iyulun 7-də Yunanıstanda keçirilmiş vaxtından qabaq parlament seçkilərində Kiriakos Mitsotakisin başçılığı altında aparacı müxalifət partiyası olan Yeni Demokratiya partiyası qalib gəlib. İnsider.az bunu “TASS”-a istinadla xəbər verir.
Qeyd olunur ki, 96,15% yığılmış bülletenlərin hesablama nəticələri üzrə Mitsotakisin partiyası 39,83% səs toplayıb.
Beləliklə, ölkənin bir platalı parlamentində 300 yerdən 158-i bu siyasi qüvvənin olacaq. Bu da ona yeni höküməti sərbəst formalaşdırmağa imkan verəcək.
Baş nazir Aleksis Tsiprasın Sol Qüvvələr Koalisiyası olan SİRİZA isə ümumi 31,55% səs (86 yer) toplayıb.
Qeyd edək ki, Tsipras artıq məğlubiyyətini etiraf edib və bildirib ki, bazar ertəsi, iyulun 8-də Mitsotakisi öz iqamətgahında qəbul edəcək və “siyasi mədəniyyəti olan ölkədə olduğu kimi ona baş nazir kabinetini təhvil verəcək”
Samirə Məmmədova.