Hakerlər forumunda “WhatsApp” mesencerinin 10 milyon cari istifadəçinin məlumatlarından ibarət baza satışa çıxarılıb.
Ümumilikdə 84 ölkənin sakinləri məlumat sızmasının qurbanı olub.
Rəsmi versiyaya görə, “WhatsApp”ın iki milyarddan çox istifadəçi auditoriyası var və sızma zamanı 500 milyona yaxın şəxsi məlumat oğurlanıb.
Beləliklə, yayılan bazada hər dördüncü istifadəçinin məlumatları var.
Bazanın satıcısı məlumatların necə toplandığını açıqlamaqdan imtina edərək, yalnız hakerlərin bu məqsədlə öz strategiyasının olduğunu qeyd edib.
“WhatsApp” hələ ki, kütləvi məlumat sızması ilə bağlı şərh verməyib.
Oxu.Az