zabaykalye-diyarinda-seckilerde-90-ses-topladi

Zabaykalye diyarında seçkilərdə 90% səs topladı

Rusiyanın Zabaykalye diyarında öz namizədliyini irəli sürən quberator vəzifəsini müvəqqəti icra edən Aleksandr Osipov 89,61% səs toplamaqla, bölgə rəhbəri seçkilərində qalib gəlir.

İnsider.az bu barədə “RBK”-ya istinadla xəbər verir.

Məlumata görə, Osipova 248,5 min seçici səs verib.

Əhəmiyyətli fəqr ilə ikinci yeri, 3,33% səs toplamış Pensionerlər partiyasının namizədi Yelena Krauze tutub. Üçüncü yerdə 2,59% səslə “Rusiya patriotlarını” təmsil edən Vyaçeslav Uşakov, dördüncü pillədə isə 2,07% səslə Artım partiyasının namizədi Yana Şpakdır.

Qeyd edək ki, bölgədə keçirilən seçkilərdə təxminən 277,7 min seçici iştirak edib.

Samirə Məmmədova