Fransanın Azərbaycandakı səfiri Zakari Qross ölkəsinin parlamenti tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair qətnamənin müzakirəsi məsələsinə münasibət bildirib.
İnsider.az xəbər verir ki, bu barədə o “Twitter” hesabında yazıb:
“Düşünürəm ki, indiyə kimi bir şey hamıya aydın olmalıdır:
Fransa hökuməti öz parlamentinin müstəqilliyini tanıyır.
O, Qarabağın müstəqilliyini tanımır”.