zengilanda-cop29-a-aparan-yol-dayaniqli-ve-davamli-gelecek-movzusunda-gorus-davam-edir

Zəngilanda "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" mövzusunda görüş davam edir

Zəngilanda "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" mövzusunda 29-cu yüksəksəviyyəli görüş işini davam etdirir.

Üç gündür ki, davam edən tədbirin ilk iki günü Bakıda keçirilib.

Tədbirin yekun günündə Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə təcrübəsi və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) sahəsində nailiyyətləri müzakirə olunacaq.

Xatırladaq ki, iyunun 19-da tədbirin ilk günü ərzində üç panel müzakirəsi keçirilib və bu panellərdə iqlim dəyişikliyinin təsirlərin yumşaldılması, uyğunlaşma və dayanıqlılıq, həmçinin onun su ehtiyatlarına, biomüxtəlifliyə və ərzaq təhlükəsizliyinə təsiri müzakirə edilib. Tədbirin ikinci günündə isə dörd panel müzakirəsi keçirilib. Bu panellərdə iqlim dəyişikliyində elm, texnologiya və innovasiyaların rolu, qida və kənd təsərrüfatı sektorlarında vəziyyət, eləcə də maliyyə məsələləri müzakirə olunub.

Report