zoom-un-bazar-deyeri-50-milyard-dollari-asaraq-rekord-qirdi

Zoom-un bazar dəyəri 50 milyard dolları aşaraq rekord qırdı

Video konfrans platforması Zoom-un dəyəri Cümə günü ilk dəfə 50 milyard dollar səviyyəsini aşıb.

Video konfrans proqramı Zoom-u çıxaran "Zoom Video Communications Inc." şirkətinin səhmləri Cümə günü də bahalaşıb və şirkətin bazar dəyəri ilk dəfə 50 milyard dolları keçib.

İnsider.az xəbər verir ki, bir Zoom səhmi 10%-ə yaxın bahalaşaraq 179.48 dollara çatıb və bunun nəticəsində şirkətin bazar dəyəri 50.6 milyard dolları keçib. Bu, traktor istehsalçısı John Deere & Co. və dərman şirkəti Biogen Inc.-ın bazar dəyərlərindən daha yüksək məbləğdir.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Zoom proqramından istifadə artıb.

Marja